Orban: “Ukrayna bufer ölkədir” | VİDEO

   Orban: “Ukrayna bufer ölkədir”    | VİDEO
  25 İyul 2025    Oxunub:723
Ukraynaya Rusiya ilə Qərb arasında bufer dövlət rolu ayrılıb və yaxın gələcəkdə ləcəkdə o, Avropa İttifaqının (Aİ) üzvü olmayacaq. Çünki bu, Qərb ölkələrini Rusiya ilə müharibəyə sürükləyə bilər.
AzVision.az bildirir ki, Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radistansiyasının efirində belə bəyanat verib.

Siyasətçinin sözlərinə görə, Aİ ölkələrinin liderləri Ukraynanı tezliklə birliyə qəbul etmək istəyirlər, lakin Budapeşt bunu qəbulolunmaz sayır.

“Ukraynanın qəbuluna razılaşsaq, döyüş meydanına çevriləcəyik. Coğrafi baxımdan müharibə qonşu bölgəyə təsir göstərəcək, bu qəbuledilməzdir. Belə bir vəziyyətdən çoxlu macar gənci əziyyət çəkə bilər”, - Viktor Orban vurğulayıb.

Orban Kiyevi ittiham edib | VİDEO
Q, bildirib ki, Budapeşt Ukraynanın Aİ-yə qəbul olunması əvəzinə Kiyevlə Qərblə Rusiya arasında birbaşa hərbi münaqişə təhlükəsi yaratmayacaq strateji əməkdaşlıq haqqında saziş bağlamağı təklif edir.

İyunun 26-da Brüsseldə keçirilən Aİ sammitində Macarıstan birliyə üzv dövlətlərin Ukraynanın ora daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləyən ümumi bəyanatını bloklayıb.

Ukraynanın üzvlük məsələsinin müzakirə olunmadığı NATO sammitində Orban analoji mövqedən çıxış edib. O, Ukraynanın Aİ-yə qəbul oluna bilməyəcəyi barədə bəzyanatını bu ölkənin hazırkı sərhədlərinin və əhalisinin sayının qeyri-müəyyənliyi ilə əsaslandırıb. Onun fikrincə, həm də indi Ukraynanın özülyündə nəyi ehtiva edən bir dövlət olduğu məlum deyil.

Bununla yanaşı, iyulun əvvəlində Viktor Orban gələn il Macarıstanda keçiriləcək parlament seçkilərinə təsir etmək və Ukrayna üçün əlverişli olan hökuməti hakimiyyətə gətirmək üçün Kiyevi bu ölkədə aktiv kəşfiyyat əməliyyatlarına başlamaqda günahlandırıb.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Orban   Ukrayna  



Xəbər lenti